18+
На сайте представлено только описание и выходные данные книги «Zərif Ruhun İşığında Nəzakət Məlikova». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Zərif Ruhun İşığında Nəzakət Məlikova». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
Qarşınızdakı kitab filologiya elmləri doktoru, professor, tanınmış estetik, yazıçı, pedaqoq və ictimai xadim Gülrux Əlibəylinin (1928-2016) çoxşaxəli yaradıcılığına və maraqlı, həm də mənalı həyat yolunun ayrı-ayrı məqamlarına həsr olunub. G.Əlibəyli zəhmətkeş, inadkar və məsuliyyətli tədqiqatçı olmaqla yanaşı, ictimai həyata, gerçəklikdə baş verən mürəkkəb proseslərə özünəməxsus tərzdə yanaşan, fikirlərini fəlsəfi-psixoloji cəhətdən ümumiləşdirilmiş formada təqdim etməyi bacaran incə hissiyyatlı bir qələm sahibidir. Onun müəllifi olduğu “Mənəvi çırpıntılar sorağında, “Düşünən dünyamız, “Çırpınan dünyamız, “Dəyişən dünyamız, “Dağılan dünyamız, “Zamanımız və özüm haqqında və d. kitabları, onlarca məqalə və essesi insan həyatının mahiyyəti və problemləri haqqında səmimi söhbətə köklənmiş fəlsəfi-bədii nümunələrdir. Kitabda Gülrux xanımın əsərlərinə yazılmış resenziyalar, onun haqqında xatirələr, eləcə də bu orijinal şəxsiyyətə ünvanlanan məktublar yer almışdır (o cümlədən xarici ölkələrin tanınmış vətəndaşlarının məktubları – red.). G.Əlibəyli hansı vəzifədə çalışmasından asılı olmayaraq, hər zaman humanizmi ilə fərqlənmiş, insanlara, onların problemlərinə sosial ədalət prinsipləri əsasında yanaşmışdır. Gülrux xanımın anadan olmasının 90 illiyi ilə əlaqədar çapdan çıxmış bu kitab, zənnimizcə, onun yaradıcılığı və şəxsiyyəti haqqında oxucularda kifayət qədər dolğun təəssürat yaratmaq, onlarda mənəvi dəyərlərin həmişəyaşarlığına inam hissini gücləndirmək, ümumiyyətlə estetik-tərbiyəvi məsələlərə və prinsiplərə həssas yanaşma haqqında düşünməyi təlqin etmək iqtidarındadır.
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-813244-9. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.