18+
На сайте представлено только описание и выходные данные книги «Yasaq edilmiş oyun Sabir Əhmədli». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Yasaq edilmiş oyun Sabir Əhmədli». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
Adam yaşlandıqca uşağa dönür. Yadıma uşaq vaxtı oynadığımız oyunlar düşmüşdü. Hələ “a-be bilməyən balacalar ev eşik tikir, bir-birinə qonaq gedir, xörək bişirib pay çəkir, yalandan yeyib doyur, səhəri axşam eləyirdilər. Şeytan balalalar hətta ailə qurur, ərə gedir, çağaları da olur, bələyib qucaqlarına alırdılar. Bu sayaq oyunların indi də oynandığını mən Yasamalda, bir obanın yerləşəcəyi beşmərtəbə binadan çıxıb işə gedəndə, işdən qayıdanda yenə görürəm. Qonşu qızcığazlar, cıqqılı nənələr, körpə analar evin qabağındakı bağçada, ağac kölgəsində, kolların arasında evcik qurur, bu evlərin açıq divarından içərisi görünür, bəzəkli taxçalar, süfrə, qundaq seçilir... Orada ,evlərindəcə görüb-götürdüklərini yamsılayır, iyirmi il bundan sonrakı yaşayışı çəkib gətirir, öz istədikləri təki qurub quraşdırırlar. Başqa oyunlar da var. Böyüklərin oyunu daha çəlpəşik-dolaşıq olur. Oyun uşaqlardan ötürü böyüklərin itaətindən qopmaq, böyüklərdən ötürü uşaq olub qayğıdan qurtulmaq. Dünyanın işi oyundur, deyiblər. Bəlkə varlığın yüz cür oyununa qarşı insan da təqlidə uyur, gülüb- əylənir. Ola bilsin, oyun aləmi anlamağın, dünyanın başa düşməyin ayrıca üsuludur. Daş dövrü mağaralarda çal-çalpaz qoyulmuş, yan-yana düzülmüş sümüklər tapılır. Bunlar ilk insanların ovladığı heyvanlar, yedikləri qidanın qalığıdır. Onlar da bu sayaq, əti yeyib sümüklə oynayırmışlar. Bir körpə uşaq oyunlarını xatırlarkən, yadıma bir vaqeə düşdü. Bu, yuxutək bir işdi, büsbütün yadımdan çıxdı. Sonralar bir də xatırladım ,bu dəfə qırx silsilə oyun parça-parça göz qabağında canlandı. Bunu mən nə görmüş, nə eşitmişdim. Haradan, necə gəlib yadıma düşmüşdü, indi də baş aça bilmirəm. Amma ürəyimə damdı ki, onu otuzuncu illərdə oynamışdılar. Hər yerdə olduğu təki bizim ellərdə də maraqlı oyunlar var. SSRİ Pedaqoji Elmlər Akademiyasında milli oyunları öyrənən bölmə yaradılmışdı. Ölkəmizdəki bütün xalqların oyunlarını toplayır, araşdırır, nəşrə hazırlayırlar. İstəkli oxucu! Bu yazıda yazılanlar zarafatdır, oyundur. Əgər onu oxuyanda sizə bir oyunca zövq verə bilsəm, sevinərəm. Bəzi səhnələr qəribə görünə bilər. əslində sürətlərin davranışı, onların düşdüyü gülməli hallar qədim xalq oyunlarımızdan, qaravəllilərdən, zamanın ruhundan doğur...
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-890456-5. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.