18+
На сайте представлено только описание и выходные данные книги «Xatirələrim Həmidə Xanım Cavanşir». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Xatirələrim Həmidə Xanım Cavanşir». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
Həmidə xanım Cavanşirin “Xatirələrim kitabının yazılmasının maraqlı bir tarixçəsi var. Bu tarixçənin özü də bir xatirədir desək, bəlkə də yanılmarıq. Belə ki, 30-cu illərin ortalarında Mir Cəfər Bağırovun göstərişi ilə Həmidə xanım Yazıçılar İttifaqına dəvət edilir. Burada Həmidə xanıma bildirirlər ki, yoldaş Bağırov arzu edir ki, o dövrdə Qarabağda olan hadisələri, inqilabi hərəkatları, o illərin mühüm bolşevik simaları haqqında bildiklərini qələmə alsın. Baxmayaraq ki, Həmidə xanım “Xatirələrim memuar əsərini artıq yazmağa başlamışdı, təklifi qəbul edir. Elə oradaca ona ərizə yazdırıb bir günün içində Yazıçılar İttifaqına üzvlüyə qəbul edirlər. Əsərin yazılması üçün müəllifə iki-üç il vaxt verilir. Bu illərdə Həmidə xanım yüksək maaş, xüsusi xidməti maşın, qıtlıq dövrü olduğundan “kremlyovski payok deyilən ərzaq payı və başqa bu kimi imtiyazlarla təmin olunur. Beləliklə, vaxt başa çatır və Həmidə xanım yazdıqlarını Yazıçılar İttifaqına təhvil verir. Növbədə yalnız kitabın çapı qalırdı. Bir aydan sonra Həmidə xanıma Yazıçılar İttifaqından bildirirlər ki, yoldaş Bağırov əsəri bəyənməyib, çünki onun Qarabağdakı bolşevik fəaliyyəti, vətən və xalq qarşısında əvəzsiz xidmətləri kitabda geniş şəkildə əks olunmalıdır. Həmidə xanımın isə cavabı qısa və konkret olur: “Mən görmədiklərimi yaza bilmərəm. Bununla da , Həmidə xanım Cavanşir ( 1873-1955) repressiyaların tüğyan etdiyi bir dövrdə böyük bir cəsarət nümunəsi göstərərək , “yalançı tarix yazmaqdan, rəhbəri mədh etməkdən qəti şəkildə imtina edir. Ona verilən bütün imtiyazlar təbii ki, əlindən alınır, kitab isə çap olunmur. Lakin uzun sürən qadağalardan sonra sovet dövründə “Xatirələrimin tam deyil, qısa formada nəşrinə icazə verilir. Kitabda əsasən Həmidə xanım Cavanşirin ömür-gün yoldaşı, böyük ədib Cəlil Məmmədquluzadənin həyatı və yaradıcılığı öz əksini tapmışdı.
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-891541-7. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.