18+
На сайте представлено только описание и выходные данные книги «Tələbə məhbusun etirafları Сабир Азери». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Tələbə məhbusun etirafları Сабир Азери». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
Sabir Azərinin müstəqillik illərində qələmə aldığı “Tələbə məhbusun etirafları adlı bioqrafik-sənədli romanı onu sıxan, narahat edən mətləblər haqqında etiraflarından ibarətdir. Bu əsər roman – etiraf adlandırıla bilər. Romanda hadisələr 1956-cı ildə, yəni Sabir Azərinin universitetin üçüncü kursunda oxuyarkən həbs olunmasının təsvirindən başlamışdır. Bu hissəni müəllif “Gedər-gəlməz başlığı ilə təqdim etmişdir. Romanda müəyyən hissələrə verilmiş başlıqlar da müəllifin öz həyat xronologiyasına uyğundur: “Onda mənim də bəxtəvər günlərim idi, “Arzularım payıza düşdü, “Sənə pənah gətirirəm, doğma kəndim!, “Xoş gördük, doğma universitet!, “İlk təyinatım və rəsmi iş yerim, ““Ulduzda keçən ömrüm və s. Əsər ümumilikdə on beş hissədən ibarətdir. Bu başlıqlar da əsərin obyektinin yazıçının məhz öz həyatının olmasını və hadisələrin mərkəzində özünün dayanmasını əks etdirir. “Tələbə məhbusun etirafları romanında Sabir Azərinin öz obrazından başqa həmçinin ümumi şəkildə mətnin daxilində “gizlənən Vətən və Söz obrazları da nəzərə çarpır. Yazıçı təsvir etdiyi hadisələr vasitəsilə həm də öz şəxsiyyətini şərh etmişdir. Belə ki, əsərin qələmə alınmasında həyat hadisələrinə seçici münasibətin əsas prinsipləri yazıçının özünü düşündürən məsələləri əks etdirmişdir. Bu isə oxucuya müəlifin öz psixoloji portretini və şəxsiyyətini açıqlaya bilir. Romanda müstəqilliyimizin əldə olunması, qanlı yanvar hadisələri, XX əsrin sonunda xalqımızın yaşadığı ən mühüm tarixi hadisələr “Azadlıq yanğısı və meydan hərəkatı adlı sonuncu hissədə təsvir olunmuşdur. Bu hissədə müstəqilliyimizin, azadlığımızın yeni qazanıldığı dönəmlərdə xalqımızın böyük itkilərlə üzləşməsindən, kommunist rejiminin xalqımıza vurduğu son zərbələrdən, ermənilərin dövlətimizə qarşı xəyanətkar mövqeyindən bəhs edilmişdir.
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-890886-0. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.