18+
На сайте представлено только описание и выходные данные книги «Satiralar Əliqulu Qəmküsar». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Satiralar Əliqulu Qəmküsar». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
""Molla Nəsrəddin"" ədəbi məktəbinin görkəmli nümayəndəsi Əliqulu Qəmküsar (1880-1919) XX əsr Azərbaycan ictimai-bədii fikir və mədəniyyət tarixinə istedadlı satirik şair, jurnalist və aktyor kimi daxil olan məşhur şəxsiyyətlərdən biridir. Əliqulu Qəmküsar Azərbaycan mollanəsrəddinçi satirik ədəbiyyatının tanınmış nümayəndəsidir. Onun yaradıcılığı Mirzə Ələkbər Sabirin satirik şeir məktəbi istiqamətində yaranan ədəbiyyatda xüsusi yer tutur. O, XX əsrin əvvəlləri Azərbaycan realist-satirik şeirinin və publisistikasının böyük vətəndaşlıq cəsarətinə malik olan mübariz təmsilçisidir. Əliqulu Qəmküsar dövrün, hakim təbəqələrin təzyiqlərindən heç vaxt çəkinməmiş, ciddi satirik ədəbi sözü şax deməyi bacarmışdır. Pristavın simasında hakim təbəqələrin, ictimai quruluşun, müstəmləkəçilik siyasətinin tənqidinə həsr edilmiş satirası ədəbiyyatda sənətkarın vətəndaşlıq cəsarətinə nümunə sayıla bilər: Satirik şairin yaradıcılığında adlı-ünvanlı satirik şeirlərin çox olması onun böyük vətəndaşlıq cəsarətinin konkret ifadəsidir. Ədəbiyyatşünaslıq elmində müşahidə olunduğu kimi, “onun şeirləri çox zaman adi, gündəlik həyati hadisə və vaqiələrin təsvirindən ibarət olmuşdur. Məsələnin bu cəhəti Əliqulu Qəmküsarı müasirlərindən fərqləndirir. O, satirik şeirləri və publisistikası ilə cəmiyyətin gündəlik həyatıyla üz-üzə idi. Vətəndaş satirikin Molla Mahmud Çakərə, Xalid Xürrəm Səbibəyzadəyə, “şipyon axundlara, “müxəmməsçilərə... kimi ünvanlı şeirlərində müraciət olunan hadisə və faktlar açıq və ümumiləşmiş şəkildə ifadə olunur. Əliqulu Qəmküsar bu satiralarında cəmiyyət həyatının ən müxtəlif dairələrinə nüfuz edib, gerilik və fanatizmi şiddətlə tənqid atəşinə tutmuşdur.
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-891581-3. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.