18+
На сайте представлено только описание и выходные данные книги «Səssiz ev Орхан Памук». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Səssiz ev Орхан Памук». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
«Səssiz ev» – Orhan Pamukun «Cövdət bəy və oğulları»ndan sonra ikinci romanıdır. Üstündən illər keçəndən sonra yazıçı bu romana təzədən qayıtdı, əsərin üzərində yenidən işlədi, romanı fəsillərə ayırdı. «Səssiz ev» – bəzilərinə dünya ədəbiyyatındakı ailə romanlarının davamı kimi görünə bilər. Ancaq «Səssiz ev» öz bədii keyfiyyətlərinə görə başqalarından köklü surətdə seçilir. Əsərin üslubu çox mürəkkəbdir. Burada reallıqla postmodernizm, absurdla primitivizm bir-birinə qovuşur, daha dəqiq desək, bir-birini qəribə tərzdə tamamlayır. Nəslin ixtiyarı, 90 yaşlı qarınınsa fikirləri açıq-aydın «düşüncə axını» tərzində qələmə alınıb; burada keçmiş gələcəyə, gələcəksə indiki zamana möhkəm tellərlə bağlanır. Ailə üzvlərinin hər biri isə ovaxtkı, elə indinin özündəki türk cəmiyyətinin müxtəlif yönlü, müxtəlif əqidəli bir təmsilçisidir. Orhan Pamukun bu əsərinin də oxucular tərəfindən maraqla qarşılanacağına əminik. Böyük türk yazıçısı, Nobel mükafatı laureatı Orhan Pamukun adı çağdaş dünya ədəbiyyatının ən məşhur romançıları sırasında birincilərdən sayılır. Əvvəlcə rəssamlıqla çox ciddi məşğul olan, daha sonra isə memarlıq fakültəsindən yarımçıq çıxan Orhan Pamuk birdən-birə yazıçı olmaq qərarına gəlir. O, 1982-ci ildə işıq üzü görən ilk romanı – «Cövdət bəy və oğulları»ndan sonra taleyini birdəfəlik olaraq qələmə bağlayır. O vaxtdan bəri Orhan Pamuk sayca 10-dan artıq roman yazıb və bu romanların hər biri dünyanın ən nüfuzlu ədəbi ödüllərinə layiq görülüb. 60-dan çox dilə tərcümə olunan həmin romanlar müəllifinə, həqiqətən, dünya şöhrəti qazandırdı və heç təəccüblü deyil ki, bu gün dünyanın harasında olur-olsun, «türk ədəbiyyatı» deyəndə Orhan Pamukun adı haqlı olaraq həmin ədəbiyyatın klassikləri cərgəsində çəkilir.
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-813255-5. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.