18+
На сайте представлено только описание и выходные данные книги «Professor Douelin başı Александр Беляев». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Professor Douelin başı Александр Беляев». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
Aleksandr Belyaevin ən çox tanınmış əsərlərindən olan "Professor Douelin başı" illərdir ki, gələcəyin elm dünyasına elmi əxlaq dərsi keçir. İllər keçsə də aktuallığını itirmir. Baş ayrılıqda bədənsiz öz mövcudluğunu təmin edə bilərmi? Professor Douel üçün bu sadəcə elmi məqsəd daşıyır, amma professor Kern üçün isə şöhrətpərəstlik xəstəliyi öz sözünü deyir. Yazıçı mümkünsüzü mümkün edib onun nəticələrini dəyərləndirməyə çağırır. Birnəfəsə oxunan "Professor Douelin başı" bəzi məqamlarda qorxulu, bəzi məqamlarda mehriban və səmimi, bəzi məqamlarda isə gülməli xüsusiyyətləri ilə dünya ədəbiyyatında öz yerini tutmuş əsər hesab olunur. Ən əsası isə bu o əsərlərdən biridir ki, oxumağa başladıqdan sonra yalnız son səhifələrdə real həyata qayıda bilirsən və əsərin yaratdığı xoş təəssüratlar uzun müddət öz təsirini göstərir. Müxtəlif insanların baş və bədənlərinin yer dəyişməsi, oxucuya yeni və inanılmaz düşüncə üfüqləri bəxş edir. Yazıçı bunu yaxşı təsvir edir və oxucunu düşündürməyə çalışır. Elm adamlarının hansı məqsədlər üçün çalışdıqlarının, hansı sosial təbəqələrin "baş" formasındakı həyatlarının necə olacağı (bir növ düşüncə tərzlərinin), xəstəlik və çətinliklərlə mübarizə yolları, ölümə qalib gəlmək kimi nüanslar çox böyük maraq kəsb edir. Həyəcanverici süjet, elmi nəaliyyətlər və onların elmi və əxlaqi nəticələri, satqınlıq, səmimilik, vicdan kimi elementlər romanı izah etməyə kifayət edir.
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-891477-9. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.