1. Главная
  2. Книги
  3. Gülüstani irəm — Аббас-Кули-ага Бакиханов
Книга Аббас-Кули-ага Бакиханов Gülüstani irəm
Реклама
0,0 · 0 оценок

Gülüstani irəm

18+

На сайте представлено только описание и выходные данные книги «Gülüstani irəm Аббас-Кули-ага Бакиханов». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Gülüstani irəm Аббас-Кули-ага Бакиханов». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.

Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность

О книге

Gülüstani-İrəm — Abbasqulu ağa Bakıxanovun Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixinə həsr etdiyi əsəri. «Gülüstani-İrəm»ə qədər Azərbaycan tarixinə aid yazılmış ümumi bir tarix əsərinə təsadüf edilmir. A.Bakıxanov bu sahədə birinci olaraq Azərbaycan tarixinə aid olan materialları toplamış, onları müəyyən bir sistemə salmış və təsviri yolla «Gülüstani-İrəm» əsərini yazmışdır. A. Bakıxanov «Gülüstani - İrəm» əsərini yazarkən təqribən yüzdən artıq mənbədən istifadə etmişdir. Bu məxəzlər içərisində Herodot, Strabon, Tatsit, Plutarx, Moisey Xorenski, Təbəri, Məsudi, İbn-Hövqəl, İbnələsir, Yaqut Həməvi, Əbülfida, Həmdullah Qəzvini, Mirxond, Xandəmir, Şərəfəddin Yəzdi, Məhəmməd Pəfi Şirvani, Katib Cələbi, Qolikov, Karamzin, Ustryalov və s. bu kimi məşhur yunan, Roma, rus, erməni, Azərbaycan, ərəb və fars müəlliflərinin əsərləri vardır. A. Bakıxanov yalnız bu mənbələrlə kifayətlənməmiş, dövrünün tələbinə görə arxeologiya, epiqrafika, numizmatika, maddi mədəniyyət abidələri, xalq arasında yayılmış rəvayət və əfsanələrdən də istifadə etmişdir. Onun tətbiq etdiyi bu üsul Azərbaycan xalqının zəngin tarixini göstərməkdə birinci addım olmuşdur. «Gülüstani-İrəm»in mətnindən anlaşılır ki, A. Bakıxanov yuxarıda adları çəkilən məhbələrdən başqa qədim, orta və yeni dövrlərə aid daha bir çox məxəzlərdən geniş surətdə istifadə etmişdir. Lakin bu məxəzlərdən bəzisi bizə məlum deyildir. Buna görə, «Gülüstani-İrəm »in bizə gəlib çatmayan bu mənbələrə əsasən yazılmış müəyyən hissələri indi əsas məxəz şəklini almış olur. «Gülüstani-İrəm» əsərində A. Bakıxanov Azərbaycan xalqının, xüsusilə Şirvan və Dağıstanda yaşayan tayfa və xalqların tarixini qədim dövrlərdən başlayaraq 1813-cü il «Gülüstan müahidəsi»nə qədər təsvir edir. Bu əsər, əsas etibarilə, müqəddəmə, beş fəsil və nəticədən ibarətdir. Abbasqulu ağa Bakıxanov 1841-ci ildə farsca yazdığı bu əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoymuşdur.[2] Bu əsəri də Abbasqulu ağa Bakıxanov müqəddimə ilə başlayır. Müəllif yığcam, lakin dolğun məzmunlu bu müqəddimədə tarix elminə qısa bir tərif verir, onu cəmiyyət və xalq üçün ən faydalı elmlərdən sayır. Tarixə müasir elmin tələbləri nöqteyi-nəzəri ilə yanaşan müəllif bəşəriyyətin keçmiş həyatını təcrübə adlandırır. Hal-hazırdakı və gələcək həyatı yaxşı qurmaq üçün, bu təcrübədən istifadə etməyi lazım bilir. “Gülüstani-İrəmin müqəddiməsində Azərbaycanın və Dağıstanın qısa coğrafi təsviri, qədim yunan, erməni, ərəb və rus mənbələrinə istinad edilərək bu ölkələrin xalqlarının mənşəyi, dili və dinləri haqqında maraqlı məlumat verilir. Azərbaycan və Dağıstan xalqlarını tarixini Abbasqulu ağa Bakıxanov bu xalqların öz daxili həyatlarına və tarixin ümumi inkişafına görə deyil, mühüm tarixi hadisələrə görə 5 dövrə ayırmış və buna əsasən də əsərini 5 fəslə bölmüşdür: İslam dövlətinin zühurundan ərəb qoşunlarının gəlməsinə qədər Şirvan və Dağıstan ölkələrində baş verən qədim hadisələr. Ərəb qoşunlarının Azərbaycana gəlməsindən başlayaraq monqolların istilasına qədər. Monqol istilasından Səfəvilərin zühuruna qədər. Şirvanşahlar sülaləsi və onların səltənətinə aid hadisələr. Səfəvilər dövlətinin zühurundan Nadir şahın vəfatına qədər. Nadir şahın vəfatından “Gülüstan adlı yerdə Rusiya və İran dövlətləri arasında bağlanan sülh müahidəsinə qədər. Əsərin birinci fəslində “Tarixi-Təbəri, “Tarixi-güzidə, “Nizamüt-təvarix, “Kitabi-məsalikül-məmalik, “Xəritətül-əcaib kimi qədim Şərq mənbələrinə istinadən Nuhun tufanı, onun övladları, Yasəf, Ham və Sam nəsilləri, Yəcuc və Məcuc, skiflər, massagetlər, xəzərlər, Sasani hökmdarlarının Azərbaycandakı hakimiyyəti və s. haqqında yarımelmi, yarıməfsanəvi məlumat verilir. Bu fəsil müqəddiməyə və əsərin sonrakı fəsillərinə nisbətən zəif işləmişdir. Əsərin ikinci fəsli Azərbaycan və Dağıstan ölkələrinin ərəb işğalçıları tərəfindən istila olunması, ümumiyyətlə, ərəblərin bu ölkələrdəki hakimiyyəti dövrünün tarixinə həsr olunmuşdur. Həmin fəsildə ərəb xəlifələrinin buraya göndərdiyi hakimlər, ərəblərin xəzərlərlə vuruşmaları, xarici işğalçıların istilasına qarşı Babəkin mübarizəsi, onun Bağdadda əziyyətlə öldürülməsi və s. haqqında məlumat vardır. Lakin məşhur Babək üsyanı haqqında verilən məlumat həm müxtəsər, həm də çox ruhsuz və sönükdür. Bu məlumat uzun illər ərəb işğalçılarına qarşı qarşı amasızcasına vuruşan və ərəb xəlifəsinin əmri ilə zülm və işgəncələrlə öldürülən bu cəsur xalq qəhrəmanının fəaliyyəti tarixini qətiyyən işıqlandıra bilmir. Bunun səbəbi müəllifin tarixi hadisələrə xalq azadlıq hərəkatı nöqteyi-nəzərindən yanaşa bilməməsidir. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəmdə məşhur Azərbaycan coğrafiyaşünası Zeynalabdın Şirvaninin “Riyazüs-səyahə əsərinə əsaslanaraq, Azərbaycan sözünü Babəkin adı ilə əlaqələndirir. Üçüncü fəsil hülakülərin və teymurilərin hakimiyyəti dövrünü işıqlandırır və Şirvanşahların səltənət və nəsibinə dair tarixi məlumat verir. Bu fəsildə Ağqoyunlular və Qaraqoyunluların mənşəyi və məşhur alim Xacə Nəsirəddin Tusi haqqında da məlumat vardır. Əsərin ən böyük bir hissəsini təşkil edən dördüncü fəsil Səfəvi padşahlarının və onların süqutundan sonra İran taxtına oturan Nair şah Əfşarın hakimiyyəti tarixinə həsr olunur. “Fütuhati-Əmini, “Tarixi-aləm-arayi-Abbasi, qolikovun “Böyük Pyotrun fəaliyyəti, Ustryalovun “I Pyotrun səltənət tarixi və s. rus, fars və osmanlı mənbələrindən istifadə edilərək, fəsildə I Şah İsmayıl, I Şah Abbas və Nadir şahın hərbi səfərləri, Rusiya və Türkiyə qoşunlarının Dağıstan və Azərbaycan ölkələrinə hücumları, Sultan Səlim Yavuzun qoşunları ilə I Şah İsmayılın qoşunları arasında Təbrizin yaxınlığında gedən məşhur “Çaldıran döyüşü, bəhs olunan dövrdə yerli əmir və hakimlərin fəaliyyəti haqqında zəngin məlumat toplanılmışdır. “Gülüstani-İrəmin beşinci və son fəsli Nadir şahın ölümündən (1747) ta 1813-cü ildə Rusiya və İran dövlətləri arasında bağlanan “Gülüstan sülh müqaviləsinə qədər 60 ildən artıq bir dövrü əhatə edir. Beşinci fəsil “Gülüstani-İrəmin ən orijinal hissəsidir. Xanlıqlar dövrünün işıqlandırılması nöqtəyi-nəzərindən beşinci fəslin böyük elmi əhəmiyyəti vardır. “Gülüstani-İrəm “Nəticə adı ilə gedən sonluqla bitir. Lakin bu “Nəticə əsərdə verilən məlumatın yekunu və ya xülasəsindən ibarət deyildir. Bu əsərdə sadəcə bir əlavədir. əlavədə Azərbaycanın məşhur alimi, yazıçı və şairləri haqqında qısa məlumat verilir. Azərbaycan və rus dillərində nəşr edilmiş bu əsər sonrakı dövrdə yaşayan tarixçilərimizin stolüstü kitablarından olub, əsasən islamın meydana gəlməsindən tutmuş 1813-cü ildə Rusiya ilə İran arasında bağlanan sülh müahidənaməsinə qədərki dövrdə xalqımızın tarixini tədqiq və təhlil etmək işində mühüm mənbələrdən biridir.

Как выбрать издание

Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.

ISBN этого издания: 978-5-04-890980-5. По нему можно отличить издание от других версий книги.

Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.

Полное название книги
Аббас-Кули-ага Бакиханов Gülüstani irəm
Тип
Книга
Категории
ISBN
978-5-04-890980-5
Возрастное ограничение
0
Издательство
Год
2023
Название транслитом
g-l-stani-ir-m-abbas-kuli-aga-bakihanov
Просмотров
0
Рейтинг izbe.ru
0,0
Поделиться

Похожие книги

Книга Аллен Карр Легкий способ бросить курить
Легкий способ бросить курить
Аллен Карр
Книга Роберт Б. Чалдини, БОМБОРА, Роберт Чалдини, Олег С. Епимахов, Ирина Анатольевна Селиванова Психология влияния. 7-е расширенное издание
Психология влияния. 7-е расширенное издание
Роберт Б. Чалдини, БОМБОРА, Роберт Чалдини, Олег С. Епимахов, Ирина Анатольевна Селиванова
Книга Роберт Грин, Елена Яковлевна Мигунова, Владимир Левашёв, Дмитрий Креминский 48 законов власти. Законы 1-16
48 законов власти. Законы 1-16
Роберт Грин, Елена Яковлевна Мигунова, Владимир Левашёв, Дмитрий Креминский
Книга Аллен Карр, Александр Курицын Легкий способ бросить курить
Легкий способ бросить курить
Аллен Карр, Александр Курицын
Книга Аллен Карр, Александр Курицын Легкий способ бросить пить
Легкий способ бросить пить
Аллен Карр, Александр Курицын
Книга Джон Кехо, Максим Киреев,  АВ Паблишинг, Попурри Подсознание может всё!
Подсознание может всё!
Джон Кехо, Максим Киреев, АВ Паблишинг, Попурри
Книга БОМБОРА, Джон П. Стрелеки, Элеонора Игоревна Мельник Кафе на краю земли. Как перестать плыть по течению и вспомнить, зачем ты живешь
Кафе на краю земли. Как перестать плыть по течению и вспомнить, зачем ты живешь
БОМБОРА, Джон П. Стрелеки, Элеонора Игоревна Мельник
Книга Ольга Егорова, Лоран Гунель Бог всегда путешествует инкогнито
Бог всегда путешествует инкогнито
Ольга Егорова, Лоран Гунель
Книга Джеймс Клир, Юлия Чекмарева, К. Шашкова Атомные привычки. Как приобрести хорошие привычки и избавиться от плохих
Атомные привычки. Как приобрести хорошие привычки и избавиться от плохих
Джеймс Клир, Юлия Чекмарева, К. Шашкова
Книга Джеймс Клир, Юлия Чекмарева, Александр Карлов, К. Шашкова Атомные привычки. Как приобрести хорошие привычки и избавиться от плохих
Атомные привычки. Как приобрести хорошие привычки и избавиться от плохих
Джеймс Клир, Юлия Чекмарева, Александр Карлов, К. Шашкова
Книга Дэвид Кэмерон Джиканди Счастливый карман, полный денег. Формирование сознания изобилия
Счастливый карман, полный денег. Формирование сознания изобилия
Дэвид Кэмерон Джиканди
Книга Энди Вейер Проект «Аве Мария»
Проект «Аве Мария»
Энди Вейер
Книга Энди Вейер Проект «Аве Мария»
Проект «Аве Мария»
Энди Вейер
Книга Роберт Чалдини Психология влияния. 7-е расширенное издание
Психология влияния. 7-е расширенное издание
Роберт Чалдини
Книга Катя Качур Любимчик Эпохи
Любимчик Эпохи
Катя Качур