18+
На сайте представлено только описание и выходные данные книги «Ədəbiyyat dərsliyi. 7-ci sinif Коллектив авторов». Сайт не является распространителем книги. Сайт не предоставляет возможности купить, читать онлайн или скачать бесплатно книгу «Ədəbiyyat dərsliyi. 7-ci sinif Коллектив авторов». Сайт предназначен для лиц старше 18 лет. Если вам не исполнилось 18 лет - незамедлительно покиньте сайт. Оставаясь на сайте вы подтверждаете, что вам исполнилось 18 лет.
Незаконное потребление наркотических средств, психотропных веществ, их аналогов причиняет вред здоровью, их незаконный оборот запрещен и влечет установленную законодательством ответственность
Əziz şagirdlər ! Siz artıq xeyli bədii əsərlə – əfsanə, nağıl, dastan, hekayə və s. ilə tanışsınız. Bu əsərlər insanın həyatı, onun arzu və düşüncələri, hisləri, eləcə də, təbiət, heyvanlar, quşlar aləmi barədə təsəvvürlərinizi daha da zənginləşdirib. Həmin əsərləri oxuduqca doğma vətənimiz haqqında, xalqımızın taleyi və mənəvi dəyərləri barədə məlumatınız genişlənib. Aşağı siniflərdə, həmçinin bədii əsərlərin oxusu, təhlili, qiymətləndirilməsi ilə bağlı bacarıqlara yiyələnmişsiniz. Siz bədii əsərləri müxtəlif formalarda oxumağı öyrənmişsiniz. Onların məzmununu yığcam, geniş və yaradıcı nağıl etməkdə çətinlik çəkmirsiniz. Bu və ya digər əsərin janrını, mövzusunu, ondakı başlıca fikri – ideyanı, qəhrəmanların xarakterində ki mühüm cəhətləri, epitet, bənzətmə, mübaliğə, bədii sual kimi təsvir və ifadə vasitələrini müstəqil müəyyənləşdirmək bacarığına da yiyələnmişsiniz. Müxtəlif mövzularda yığcam inşa, esse yazmaq da artıq sizin üçün çətin deyildir. Bu bacarıqlarınızı VII sinifdə daha da dərinləşdirəcək, bədii əsərin təhlili, ondakı mühüm problemin aydınlaşdırılması və s. bağlı yeni bacarıqlara yiyələnəcəksiniz. Eləcə də yeni janrlar, bədii təsvir və ifadə vasitələri il tanış olacaq, onların dəyərləndirilməsi üzrə zəruri bacarıqlar qazanacaqsınız. Bunun üçün əvvəlki siniflərdə olduğu kimi, bədii ədəbiyyatın mühüm mövzuları üzrə yazılmış əsərləri oxuyacaq, araşdıracaq, onlara münasibət bildirəcəksiniz. Vətən, təbiət, xalqımıza xas olan mənəvi dəyərlər, yaşıdlarınızın həyatı, taleyi və s. mövzularda olan bu əsərlər əvvəl öyrəndiklərinizdən məzmunca fərqlənir. İndi digər sənətkarların həmin mövzulara necə münasibət bəslədiklərini aydınlaşdıracaq, öyrəndikləriniz barədə öz fikir və mülahizələrinizi bildirəcəksiniz. Səməd Vurğun, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı, İlyas Əfəndiyev və digər qüdrətli sənətkarların bədii fikir və düşüncələri ilə tanış olacaq, onların həmsöhbətinə çevriləcəksiniz.
Перед выбором сравните язык, год, издательство и формат в сведениях ниже. У одной книги могут быть разные переводы и издания.
ISBN этого издания: 978-5-04-891544-8. По нему можно отличить издание от других версий книги.
Описание помогает оценить тему книги; отзывы читателей позволяют дополнить его личным опытом. Оценку и отзыв оставляйте после знакомства с книгой.